1 yaşlı uşağa qarşı amansız cinayət - VİDEO

27 Mart 2023 18:36

ABŞ sərhədində tərk edilmiş 1 yaşlı uşaq təhlükəsizlik qüvvələrinin diqqətini çəkib. Həmin anlar saniyə-saniyə qeydə alınıb.

Milli.Az xəbər verir ki, təhlükəsizlik kamerasına əks olunan görüntülər insan qaçaqmalçılarının vicdansızlığını ortaya çıxarıb. İnsan qaçaqmalçıları 1 yaşlı uşağı ABŞ sərhədində ölümlə üz-üzə qoyaraq tərk ediblər.

ABŞ Sərhəd Xidmətinin rəisi Raul Ortiz hadisəni "Twitter"də paylaşaraq, uşağı xilas edən zabiti tərifləyib.

Ortiz uşağın səhhətinin yaxşı olduğunu bildirib. (publika)

Milli.Az