Bürclərə inanan müğənni 53 min manatından oldu

27 Mart 2023 20:55

Türkiyəli müğənni Demet Akalın telekanalların birində yayımlanacaq yemək proqramının aparıcısı olması təklifindən imtina edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, ayda 600 min lirə (təxminən 53 min 397 manat) qarşılığında 50 bölümdən ibarət olacaq verilişdən imtina etdiyini vurğulayıb. Demet bu qərarı astroloqların açıqlamaları əsasında aldığını bildirib.

"Bəli, astroloqları dinləyib 50 bölümlük yemək proqramını rədd etdim. Vallah ekran işi tutarsa, günahkar sizsiniz" deyə, Demet paylaşımında yazıb.

Milli.Az