Ekvadorda torpaq sürüşməsi olub, ölənlər var

27 Mart 2023 18:44

Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə İdarəsi bildirib.

Hadisə zamanı daha 16 nəfərin yaralandığı, 7 nəfərin itkin düşdüyü qeyd olunub

Milli.Az