Tanınmış müğənninin maşını atəşə tutuldu - FOTO

27 Mart 2023 18:48

Rusiyanın məşhur müğənnisi Natalya Vlasovanın avtomobilinə qarşı hücum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, maşın naməlum şəxslər tərəfindən atəşə tutulub.

Hadisə ötən gün axşam saatlarında Moskvanın mərkəzində baş verib. Avtomobilə 250 min rubl ziyan dəyib.

İfaçının menecerinin sözlərinə görə, Natalya hüquq-mühafizə orqanlarına şikayət edib.

Milli.Az