Bir neçə gün əvvəl gecə saatlarında yolu keçərkən avtomobil tərəfindən vurularaq ağır bədən xəsarətləri alan rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə xəstəxanadan evə buraxılıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Fatimə köməkçisi ilə çəkilən yeni fotosunu izləyiciləri ilə bölüşərək Aytacın səhhətinin yaxşı olduğunu bildirib.
Milli.Az