Arvad ərini bıçaqlayaraq öldürdü

27 Mart 2023 19:48

Türkiyədə arvad ərini bıçaqlayaraq öldürüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.

Hadisə Dənizli şəhərində baş verib.

Ailədaxili münaqişə zəminində arvad ərinin sinəsinə bıçaqla zərbələr endirərək onu qətlə yetirib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadını saxlayıblar.

Milli.Az