Məşhur aktyor ilk dəfə ata olacaq

28 Mart 2023 06:44

Harry Potterin ifaçısı Deniel Redkliff və sevgilisi Erin Dark valideyn olmağa hazırlaşırlar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, cütlük hələ 2013-cü ildə "Sevdiklərini öldür" filminin çəkilişlərində tanış olub. 33 yaşlı Redkliff  "People" jurnalına verdiyi son müsahibədə özünü "xoşbəxt" hesab etdiyini etiraf edib.

Qeyd edək ki, ötən il aktyor "İtirilmiş şəhər" komediyasında və "Qəribə: El Yankoviçin hekayəsi" filmində rol alıb. Sonuncusu ona "Qızıl Qlobus" və BAFTA nominasiyaları qazandırıb.

Milli.Az