Polislər Tel-Əvivdə su şırnaqlarından istifadə etməklə etiraz aksiyasını dağıdıb - VİDEO

27 Mart 2023 07:21

İsrailin Tel-Əviv şəhərində keçirilən etiraz aksiyası polis əməkdaşları tərəfindən dağıdılıb.

Trend İsrail KİV-lərinə istinadən xəbər verir ki, polislər aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Məlumata əsasən, aksiyada 105 min nəfərə qədər etirazçı iştirak edib.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Müdafiə nazirinin istefaya göndərilməsi ölkənin bir çox yerində kütləvi etirazlara səbəb olub.

Milli.Az