İngiltərənin "Tottenhem" klubu baş məşqçisi italiyalı Antonio Konte ilə yollarını ayırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
"Bildiririk ki, baş məşqçi Antonio Konte qarşılıqlı razılaşma əsasında klubdan ayrılıb. Biz ona töhfələrinə görə təşəkkür edir və gələcək işlərində uğurlar arzu edirik", - deyə məlumatda bildirilir.
Məlumata əsasən, mövsümün sonuna kimi italiyalı mütəxəssisin köməkçisi Kristian Stellini baş məşqçi kimi fəaliyyət göstərəcək.
Milli.Az