Müəllimlər məktəbin bağlanmasına soyunaraq etiraz etdilər - FOTO

1 Aprel 2023 07:56

Fransada məktəblərin birinin kollektivi iş yerlərinin bağlanmasına qarşı unikal yolla etiraz ediblər. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müəllimlər çılpaq poza verərək sosial şəbəkədə yayıblar. 

Onlar müraciətlərində bildiriblər ki, şağird qəbulu az olduğundan məktəbin bağlanması tələb edilir. Halbuki məktəb bağlanarsa fiziki imkanları məhdud olan uşaqlar təhsil imkanından məhrum olacaq.

Aksiyadan sonra müəllimlərə sosial şəbəkədə çox ciddi dəstək verilib və məktəbin bağlanması barədə qərar ləğv edilib. 

Milli.Az