Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq

26 Mart 2023 23:25

ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

"Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir", - Kirbi CBS telekanalında deyib.

Bayden bu missiyanı yaşatmağa "tamamilə tərəfdarı" olduğunu vurğulayıb.

"Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq", - o əlavə edib.

Milli.Az