"Qalatasaray" "Qarabağ"a qalib gəldi - VİDEO

26 Mart 2023 21:59

Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, iki komanda arasında tarixdə ilk oyun olub.

Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir. 

26 mart

Xeyriyyə (qardaşlıq) oyunu

20:00. "Qarabağ" - "Qalatasaray" - 1:2

Qollar: Bafetimbi Qomis, 4 (0:1), Reydon Cica, 19 (1:1), Mauro İkardi, 87-pen. (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli,  Tural Qurbanov

Bakı Olimpiya Stadionu.

Milli.Az