Ermənistanda zəlzələ olub

26 Mart 2023 20:30

Ermənistanda Spitakdan 4 km şimal-şərqdə zəlzələ olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik xəbər verir ki, maqnitudası 3,0, ocağının 10 km dərinliyi olan yeraltı təkanlar yerli vaxtla saat 18:54-də qeydə alınıb.

Episentrdə güc 4 bal olub.

Zəlzələ Lori rayonunun Spitak, Stepanavan və Vanadzor, həmçinin Şirakamut, Arjut, Lernapat və Şahumyan kəndlərində 3-4 bal gücündə hiss olunub.

Milli.Az