Dumana görə görünüş məsafəsi məhdudlaşacaq

26 Mart 2023 19:54

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsi məhdudlaşacaq.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, martın 27-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Milli.Az