Rusiyalı dünya çempionu 30 yaşında vəfat etdi

26 Mart 2023 18:36

Xizək akrobatikası üzrə 2021-ci il dünya çempionu rusiyalı Pavel Krotov 30 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Sərbəst İdman Federasiyası məlumat verilib.

Təşkilat idmançının ölümünün səbəblərinin məlum olmadığını bildirib.

Pavel Krotov Rusiya milli komandasının tərkibində 2014 və 2018-ci il Olimpiya Oyunlarında iştirak edib. 

Milli.Az