Məşhur aktrisa xərçəngdən öldü

26 Mart 2023 14:36

Bir müddətdir ki, xərçəngdən əziyyət çəkən amerikalı aktrisa Rebekka Cons vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 65 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı isə keçmiş həyat yoldaşı Alexandro Kamaço sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Rebekka "Yenidən sevmək", "Qadağan olunmuş ehtiras", "Qadın necə sevir?", "Anjelika", "Kabo" kimi seriallardakı obrazlarıyla məşhurlaşıb.

Milli.Az