Bibisi oğlunu bıçaqladı

26 Mart 2023 15:24

Bakıda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə paytaxtın Suraxanı rayonunda baş verib. 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Faktla bağlı Suraxanı RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və Hacıyev Yalçın Yaşar oğlu şübhəli şəxs qismində tutulub.

Milli.Az