58 yaşlı kişi özünü asdı

26 Mart 2023 13:12

Naxçıvan Muxtar Respublikasında intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə dünən gecə Naxçıvan şəhəri 59-cu məhəllə, 80-ci evdə qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Həsənov Füzuli Zirəddin oğlu yaşadığı evdə özünü asıb. Onun hansı səbəblərdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az