Almaniyada atışma olub, ölənlər var

26 Mart 2023 12:24

Almaniyanın Hamburq şəhərində gecə saatlarında baş verən atışmada iki nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə şahidləri yerli vaxtla saat 23:32 radələrində küçələrdən birində atəş səslərinin olduğunu bildiriblər. Polis iki kişinin cəsədini tapıb, onların hər ikisi güllə yaralarından ölüb.

Milli.Az