Putin tez-tez Kremldəki mənzilində gecələdiyini açıqladı

26 Mart 2023 10:24

Rusiya Prezidenti Vladimir Putin tez-tez Kremldəki mənzilində gecələdiyini açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Putin Rossiya1 kanalına müsahibəsində bildirib. Çin lideri Si Cinpinin Rusiyaya səfərinin birinci günü onunla Kremldə keçirdiyi qeyri-rəsmi görüşdən danışan Putin Kremldə mənzilinin olduğunu açıqlayıb.

Rusiya lideri bildirib ki, Si Cinpinin səfərinin birinci günündə onlar işgüzar nahar ediblər, sonra o, Çin liderini tez-tez işlədiyi və gecələdiyi Kremldəki mənzilinə dəvət edib.

Rusiya prezidenti Si Cinpinin aktual gündəmin bütün problemlərindən yüksək məlumatlı olduğunu, onun təfərrüatlara diqqət yetirdiyini qeyd edib. Putin həmçinin Si Cinpini çox maraqlı həmsöhbət adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin Ukrayna müharibəsi başlayandan bəri Kremldəki mənzildən "çox tez-tez" istifadə etdiyini söyləyib.

"Xüsusi hərbi əməliyyat başlayandan bəri çox tez-tez və iş qrafiki sıx olduğundan istifadə edir", deyə Peskov qeyd edib.

Milli.Az