İkardi "Qarabağ"a qarşı oynayacaqmı? - Açıqlandı

25 Mart 2023 20:44

"Qalatasaray" klubunun argentinalı hücumçusu Mauro İkardi sabah "Qarabağ"a qarşı keçiriləcək xeyriyyə matçına start heyətində başlayacaq.

Milli.Az offsideplus.az-a istinadən bildirir k, bu barədə "Fanatik" məlumat yayıb.

Təcrübəli hücumçu son matçlarda effektli olmadığı üçün klub tərəfindən çempionatdakı fasilə zamanı ona istirahət üçün daha çox vaxt verilib.

Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Milli.Az