Nəzarətsiz qalan bacı-qardaş siçan dərmanı içdi

25 Mart 2023 16:36

Ağdaşda azyaşlılar zəhərlənib.

Milli.Az lent.az-a istinadən bildirir ki,  rayon sakinləri olan 4 yaşlı N.Abdullayeva və qardaşı 2 yaşlı M.Abdullayev evdə nəzarətsiz qaldıqları zaman siçan dərmanı içiblər. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az