Şirkət və qurumların adına açılan saxta veb-saytları necə müəyyən etmək olar?

26 Mart 2023 12:36

Şirkət və qurumların adına açılan saxta veb-saytları müəyyənləşdirmək üçün qeyd edilən məqamlara diqqət yetirməyiniz tövsiyə olunur.

Milli.Az Trend-ə istinadən onların bəzisini təqdim edir:

Qeyd olunan qaydaları izləyərək təhlükəsizliyinizi artıra bilərsiniz.

1) Brauzerin ünvan xanasına diqqət edin, şirkət və quruma məxsus rəsmi veb ünvanların adına olduqda oxşar veb ünvanlardan istifadə olunur.

2) Veb saytın məzmununa diqqət edin, adətən mətndə qrammatik səhvlər mövcud olur, şəkillər və ya videolar aşağı keyfiyyətdə olur.

3) Əlaqə bölməsinə daxil olun, əksər hallarda Əlaqə bölməsində heç bir məlumat mövcud olmur.

4) Təkliflərə nəzər yetirin, adətən, vətəndaşlara passiv gəlir və iş imkanı, asan qazanc vəd edən təkliflər təqdim olunur.

5) Tələb olunan məlumatlara nəzər yetirin, bank kartı və digər fərdi məlumatlarınızı daxil etməyiniz tələb olunur.

Milli.Az