Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - SİYAHI

26 Mart 2023 02:44

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 1992-ci ilin bu günündə "Azərbaycan Milli Qəhrəmanı" adı rəsmiləşdirilib.

Baxmayaraq ki, Azərbaycan tarixinin şanlı səhifələrində qəhrəmanlar çox olub. Vaxtilə onlara "Xalq qəhrəmanı" deyirdilər. Sonralar isə bu ad Ali Dövlət mükafatı və Fəxri adı kimi rəsmiləşdi.

1991-ci ilin 18 oktyabr-Dövlət Müstəqilliyinin bərpasına qədər Azərbaycanın çoxlu sayda iğid oğul və qızları keçmiş SSRİ-nin zamanında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Onların ümumi sayı 42 nəfərdir. Sovet İttifaqı Qəhrəmanı adını alan ilk soydaşımız isə İsrafil Məmmədov olub. Bu ali adı 2 dəfə qazanansa tank diviziya komandiri, General-mayor Həzi Aslanov olub.

Müstəqilliyimizin bərasının ikinci ilində -1992-ci ilin iyununda Azərbaycanın Milli Qəhrəmanı fəxri adı təsis edilib. Bu tarixdən başlayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlər və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirən şəxslərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməyə başlanılıb.

Müstəqil Azərbaycanın ilk Milli Qəhramanı DİN Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb.

1. Məhərrəm Seyidov 
2. Əlif Hacıyev 
3. Valeh Müslümov
4. Mehdi Abbasov
5. Albert Araqunov
6. Mikayıl Cəbrayılov
7. Vüqar Hüseynov
8. Səfəralı Məmmədov
9. Nofəl Quliyev
10. Yuri Kovalyov
11. Yusif Əliyev
12. İlham Əliyev

Ümumilikdə isə müstəqillik dövründə 218 qəhrəman soydaşımıza bu fəxri ad verilib.

Sonuncu Milli Qəhrəmanlarsa 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olan General-mayor Polad Həşimovla polkovnik İlqar Mirzəyev olub.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmandan yalnız 14 nəfəri sağdır.

1. Bəxtiyar Allahverdiyev
2. İntiqam Atakişiyev
3. İbad Hüseynov
4. Vahid Quliyev
5. Şahin Tağıyev
6. Fəxrəddin Cəbrayılov
7. Ehtiram Əliyev
8. Fariz Qəhrəmanov
9. Mədət Quliyev
10. Mirzə Quliyev
11. Zabit Quliyev
12. Fariz Mədətov
13. Mövsüm Məmmədov
14. Sahil Məmmədov

Milli.Az