“Şəbnəm bətnində körpəsi ilə intihar edəcəkdi”

25 Mart 2023 15:48

Müğənni Nazənin Salayeva həmkarı Şəbnəm Tovuzlu barədə etirafı ilə gündəmə gəlib.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçi Şəbnəmin bətnində köpəsi olarkən intihar dərəcəsinə gəldiyini deyib.

Bu haqda Nazənin "Həyat tərzi" verilişində qonaq olarkən danışıb:

"Şəbnəm bu camiyəyə təzə çıxmışdı, hamı onu baltalayırdı. O ağlayanda, onla ağlamışam, güləndə gülmüşəm. Jurnalistlərə yanlış məlumatlar verirdilər. Balası hələ bətnində idi, özünü öldürmək dərəcəsinə çatmışdı. Bir dəfə biz Gürcüstana uçurduq. İnanın ki, düşənə qədər ürəyim partladı ki, qız özünə bir şey edər. Canlı verilişlərə çıxırdı. Reklamda aprıcını yığıb xahiş edirdim ki, mənim xətrim varsa, o qıza artıq sual verməyin. Yoldaşı baxır, yaxşı deyil".

Şəbnəm isə Salayevanın fikirlərindən sonra belə qeyd edib:

"Yaxşı ki, o dövrdə ən başda həyat yoldaşım yanımda oldu. Nazənin xanım və Lamiyyə xanım (Aparıcı Lamiyyə Ələkbərqızı - red.) məni qorudu. Bunu heç vaxt itirmərəm. Reytinq üçün hər şeyi edirdilər".

Milli.Az