Azərbaycanda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO

25 Mart 2023 11:46

Ucarda zəncirvari yol- nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb. "VAZ 2106", "VAZ 2107" və "KİA" markalı minik avtomobilləri toqquşub. Nəticədə, rayonun Qazıqumlaq kənd sakinləri, 1959 -cu il təvəllüdlü Həqiqət Kərim qızı Rüstəmova və 1953-cü il təvəllüdlü Zal Hacı oğlu Rüstəmov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az