Evinə od vurdu, sosial şəbəkədə paylaşdı

25 Mart 2023 15:36

İstanbulda evini yandıraraq onu sosial mediada paylaşan şəxs saxlanılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Bağçılar məhəlləsində qeydə alınıb.

Üçmərtəbəli binanın çardaq hissəsində yaşayan şəx hələlik bilnməyən səbəbdən evinə od vurub.

Qısa zamanda yanğın bütün mərtəbəyə yayılıb və bina sakinləri çölə axışıb.

Əraziyə gələn yanğınsöndürənlər hadisənin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az