Robert Köçəryan müalicə üçün Almaniyaya gedib

25 Mart 2023 15:24

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müalicə üçün Almaniyaya gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, onun səhhətində problemlər yaranıb.

R.Köçəryanın Almaniyada müalicə olunacağı bildirilib.

Sabiq dövlət başçısının hansı xəstəlikdən əziyyət çəkdiyi açıqlanmayıb. Amma onun xəstəliyinin ciddi olmadığı bildirilib.

Milli.Az