Bulvarda ölüm: 50 yaşlı kişi özünü dənizə atdı

25 Mart 2023 13:48

Bakıda intihar hadisəsi olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında baş verib. 50 yaşlı Rəhimov Rasim Həsən oğlu qüllənin yanındakı estakadada özünü dənizə ataraq, həyatına son qoyub.

İntiharın səbəbləri bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az