Hansı ürək-damar xəstələrinə oruc tutmaq tövsiyə olunmur?

26 Mart 2023 13:00

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.

Milli.Az institutun feysbuk səhifəsinə istinadən xəbər verir ki, müraciətdə həmin xəstələrin oruc tutmaqla əlaqədar olaraq kardioloqla məsləhətləşməsi, oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəklərini bilmələrinin vacibliyi qeyd olunub.

Müraciətdə, həmçinin hansı ürək-damar xəstələrinin oruc tutmasının tövsiyə olunmadığı da əksini tapıb. Həmin xəstələr aşağıdakılardır:

Sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlar;

İnkişaf etmiş ürək çatışmazlığı olan xəstələr;

Xüsusilə, yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir.

Son 6 ayda infarkt keçirənlər;

Ürək xəstəliyi səbəbi ilə sinə ağrısı olanlar;

Son 6 ayda balon, stent və ya bypass əməliyyatı keçirənlər;

Nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr;

Rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar.

Milli.Az