Bakıda “Mercedes” ticarət mərkəzinə girdi - FOTO

25 Mart 2023 11:15

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mirzağa Əliyev və Səməd Vurğun küçələrinin kəsişməsində "Mercedes-Benz" markalı avtomobillər toqquşublar.

Məlumata görə, toqquşan maşınlardan biri yaxınlıqdakı ticarət mərkəzinin vitrinini dağıdıb. Yol kənarındakı dəmir məhəccərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Milli.Az