İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi - FOTO

25 Mart 2023 13:12

ABŞ-nin "Intel" şirkətinin yaradıcılarından Qordon Mur 95 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə mikroprosessor istehsalçısının saytında deyilir.

Açıqlamada bildirilir ki, Mur Havaydakı evində ailəsinin əhatəsində dünyasını dəyişib.

Mur "Intel" şirkətini həmkarı Robert Noys ilə birlikdə 1968-ci ilin iyulunda qurub. Bununla belə, Mur özünü "təsadüfi sahibkar" adlandırırdı. Başqaları onu yarımkeçirici sənayesində ən böyük şirkətlərdən birinin yaradıcısı, istedadlı bir mühəndis hesab edirdilər. Hələ ötən əsrin altmışıncı illərində o, bütün sənayenin inkişaf prinsiplərini proqnozlaşdıra bilib.

"Forbes" jurnalı bu ilin əvvəlində Qordon Murun şəxsi sərvətini 7,2 milyard dollar dəyərində qiymətləndirib.

Milli.Az