Qvardiola da modellik edibmiş - VİDEO

25 Mart 2023 17:12

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bir vaxtlar moda nümayişində iştirak edən ilk "Barselona"lı oyunçu olub.

Milli.Az xəbər verir ki, 1990-cı illərin ortalarında kataloniyalı dizayner Antonio Miro Qvardioladan, təşkil etdiyi şoulardan birində iştirak etməsini xahiş edib və razılığını alıb. Bu barədə Mironun oğlu David, onun ölümünün birinci ildönümü ilə bağlı keçirilən tədbirdə danışıb. O, atasının "Barsa" fanatı olduğu üçün bu iş birliyinin reallaşdığını bildirib.

David bu tədbirə qatılmağın Pepə baha başa gəldiyini də bildirib. O, sabiq futbolçunun cəzalandırıldığını söyləyib:

"Yohan Kruyff sonradan Pepi qeyri-peşəkar davranışına görə cəzalandırdı. Bir neçə ildən sonra maraqlı hadisə yaşandı. "Barselona"nın müdafiəçisi Jerar Pike də atamın şousunda iştirak etmək istəyəndə baş məşqçi olan Qvardiola ona icazə vermədi. Ən gülməlisi odur ki, Qvardiolanın həmin şouda geyindiyi bütün geyimlər bir neçə gün ərzində satıldı". (publika)

Milli.Az