“Yoldaşım şkafı tutdu ki, aşmasın” - İsmayıllıda zəlzələ anı - VİDEO

25 Mart 2023 11:12

Xəbər verdiyimiz kimi, İsmayıllıda zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakinləri zəlzələ anı ilə bağlı "Xəzər Xəbər"ə danışıblar.

Sakinlərdən biri yeraltı təkanların güclü olduğunu, xoşbəxtlikdən qısa çəkdiyi üçün dağıntıların qeydə alınmadığını deyib: "Ev silkələndi, mən uşağı götürüb qaçırdım. Bu vaxt yoldaşım şkafı tutdu ki, aşmasın".

Milli.Az