"Arka sokaklar" izləyicilərinə xoş xəbər

25 Mart 2023 09:24

Final etməsi planlaşdırılan "Arka sokaklar" serialı ilə bağlı yeni qərar verilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 1.5 aydır çəkilişlərə fasilə verən ekran işinin yayım haqqlarını "Erler Film"dən "Kanal D" alıb.

Yaxın zamanda serial 17-ci mövsümü ilə yayımına davam edəcək.

Qeyd edək ki, serial 17 ildir "Kanal D"də yayımlanır.

Milli.Az