Türkiyə səmasında qeyri-adi görüntü: Planetlər yan-yana... - VİDEO - FOTO

25 Mart 2023 10:12

Türkiyənin Düzce vilayətində də hava qaraldıqdan sonra Ay və Venera planeti yan-yana görüntülənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iftardan sonra küçələrə çıxan vətəndaşlar Ayın düz altında səmada parıldayan işıq görüblər. İlk olaraq bunun ulduz olduğu düşünsələr də, nəticədə parıltının Venera planeti olduğu məlum olub.

Bu qeyri-adi və gözəl görüntü vətəndaşlar tərəfindən telefonlarla lentə alınıb.

Milli.Az