Türkiyədə yenə zəlzələ olub

25 Mart 2023 09:12

Türkiyənin Kahramanmaraş əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Ekinözlü rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az