Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

25 Mart 2023 07:58

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb.

Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Milli.Az