Sülhməramlılar erməniləri bu qiymətə daşıyır

25 Mart 2023 07:22

Xankəndi və ətrafında yaşayan ermənilər istədikləri vaxt Ermənistana gedib-gələ bilirlər. Ancaq bunun üçün rus sülhməramlılara pul ödəyirlər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist İrina Tumakovanın Xankəndiyə səfəri ilə bağlı "Novaya qazeta"da dərc edilən reportajında bildirilib.

Rus jurnalistə danışan Naira adlı erməni qeyd edib ki, 1 nəfəri rus sülhməramlılar müxtəlif qiymətə daşıyırlar, bəzən bu qiymət 30, 50 və ya 100 dollar ola bilir.

Milli.Az