Qara Qarayevlə bağlı gizlinin üstü açıldı - FOTOFAKT

25 Mart 2023 06:50

İkinci Qarabağ müharibəsində ordumuza dəstək olan tanınmış simalar arasında "Qarabağ"ın futbolçularından da yer alanlar olmuşdu.

Aralarında bu günə qədər etdiyi yardımdan xəbərdar olduqlarımız da var, hələ gizli qalanları da.

Məsələn, Qara Qarayev kimi. Təcrübəli futbolçu aktiv dəstək olan futbolçulardan biri olub. Amma bu günə qədər nə bu barədə paylaşım edib, nə də bir kəlimə dilinə gətirib.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, uzun müddət sonra xəbər tutmağımıza isə bloqer Elgün Gəncimsoy vasitəçi olub.

Belə ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. Qarayevlə səngərdən olan fotosunu paylaşan tanınmış bloqer bu sözləri yazıb:

"Keçmiş təmas xəttinin Ağdam istiqamətində - ordumuzun dayaq məntəqəsində çəkilib. Yanımdakı yoldaş isə cəbhəyə ən çox gələn və can yandıran futbolculardan biri, Qara Qarayevdi...

İllər əvvəl səngər olub xatirələr yaşanan bu yerdən indi inşaat maşınları şütüyür. Qarabağı tez qurmağa tələsən maşınlar...".

Milli.Az