Yeni doğduğu qızını boğub torbada yola atdı

24 Mart 2023 23:24

Rusiyanın Bryansk vilayətində yeni doğulmuş qızını öldürməkdə ittiham olunan 28 yaşlı ana məhkəmə qarşısına çıxarılacaq.

Milli.Az lent.az-a istinadla bildirir ki, istintaqın məlumatına görə, 2022-ci ilin dekabrında qadın öz evində sağlam körpə dünyaya gətirib. Qadın qızını böyütmək istəməyərək onu boğub, sonra meyiti polietilen torbada Perekopskaya küçəsində yolun kənarına qoyub. Yanvarın 7-də qətlə yetirilən körpənin meyiti yerli sakin tərəfindən aşkar edilib.

Az sonra ana saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.

Milli.Az