Zelenski müşavirini vəzifədən azad etdi

24 Mart 2023 22:55

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksandr Kamışini prezidentin ştatdankənar müşaviri vəzifəsindən azad edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Kamışin bu vəzifəyə martın 3-də təyin olunmuşdu. Mart ayının 21-də isə Ali Rada Kamışini Ukraynanın strateji sənaye naziri təyin etmişdi.

Milli.Az