Rusiyalı musiqi prodüseri İosif Priqojinin model qızı Dana Priqojina taksi sürücüsü işləməyə başlayıb.
Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə o, sosial şəbəkədə qeyd edib. Məlumata görə, böyük ölçülü model bu qərarı hüquq-mühafizə orqanlarında çalışan əri Yevgenin yıxılaraq beyin sarsıntısı və çoxsaylı qançırlar almasına görə verib.
Prodüserin böyük qızının sözlərinə görə, o, ərinin əlillik arayışı üçün müraciət etməsini təkid edib.
Milli.Az