Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı - Çoxnövçülük üzrə qaliblər müəyyənləşib - FOTO

24 Mart 2023 22:14

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeniyetmələr (2008-2010) arasında fərdi çoxnövçülükdə (top, halqa, gürz, lent) Nuray Əhmədzadə (Bakı gimnastika məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Şəms Ağahüseynova ("Ocaq Sport" klubu) ikinci yeri tutub, üçüncü yeri isə Fidan Aladinova ("Ocaq Sport" klubu) tutub.

"Böyüklər" yaş kateqoriyasında (2007-ci il və daha yuxarı) Zöhrə Ağamirova birinci, Alina Gözəlova ikinci, İlona Zeynalova isə üçüncü yeri tutub. Hər üç gimnast "Ocaq Sport" klubunun yetirmələridir.

Milli.Az