"Bavariya"nın yeni baş məşqçisinin ADI AÇIQLANDI

24 Mart 2023 22:36

"Bavariya" baş məşqçi dəyişikliyini rəsmən açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib, onu bu vəzifədə Tomas Tuhel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Bavariya" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və Çempionlar Liqasında işirakını davam etdirir. Bundesliqada 52 xalla "Bavariya" lider "Borussiya"dan(Dortmund)  1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.  Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuşdu və liderliyi əldən vermişdi.

Xatırladaq ki, T.Tuhelin son klubu "Çelsi" olub.

Milli.Az