Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24 Mart 2023 21:51

"Yeşilçamın" "qəmzəli gözəli" olaraq tanınan aktrisa Bahar Öztanın səhhətində yenidən problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisada beşinci dəfə dəfə xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə Bahar özü açıqlama yayıb və analiz nəticələrinə görə yenidən xərçəngdən müalicə almalı olduğunu bildirib.

Qeyd edək ki, sonuncu dəfə yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan aktrisa 4 dəfə xərçəng xəstəliyinə qalib gəlib.

Milli.Az