Peskovdan Ermənistanda Putinin həbs edilməsi təhlükəsinə ŞƏRH

24 Mart 2023 21:33

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Ermənistana səfəri halında Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdırıb-aydınlaşdırmaması ilə əlaqədar sualını cavablandırıb.

Milli.Az bu barədə Trend-ə istinadən xəbər verir.

"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik", - deyə D.Peskov bildirib.

Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.

Milli.Az