Britaniya kəşfiyyat təyyarəsini Qara dənizə göndərdi

24 Mart 2023 23:33

Bu gün Britaniyanın "Boinq RC-135" kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuşlar həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Britaniya təyyarəsinin uçuşu "Flightradar"xidmətində qeydə alınıb.

Xidmətin məlumatına görə, təyyarəni Britaniyanın iki ədəd "Eurofighter Typhoon" qırıcısı müşayiət edib.

Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Milli.Az