İskoya bu türk klubları elçi düşdü

24 Mart 2023 20:37

Ötən ilin sonunda "Sevilya"dan ayrılan və o vaxtdan klubsuz qalan İsko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Fənərbağça" və "Beşiktaş" təcrübəli yarımmüdafiəçi ilə maraqlanır. 

İstanbul nəhənglərindən başqa, 31 yaşlı ispan futbolçunun xidmətində Yunanıstan "Olimpiakos"unun da maraqlı olduğu bildirilir. Futbolçunun ABŞ və Braziliyadan da təklifləri var, lakin o, Avropada qalmağa üstünlük verəcək. 

Milli.Az