Saakaşvili: “Məni Rusiya agentləri zəhərləyib”

24 Mart 2023 19:00

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən zəhərləndiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu o, ABŞ-ın "Politiko" nəşrinə müsahibəsində deyib.

Sabiq dövlət başçısı bunun həbsindən sonra, hazırda saxlanıldığı müəssisədə baş verdiyini bildirib. Lakin o, təfərrüatları açıqlamayıb.

M.Saakaşvilinin vəkili Massimo D'Angelo məsələyə münasibət bildirərkən deyib ki, çox güman, keçmiş prezidentin yeməyinə zəhər qatılıb.

Milli.Az